​İran irimiqyaslı hərbi təlimlərə başlayıb

​İran irimiqyaslı hərbi təlimlərə başlayıb Manevrdə artilleriya batareyaları, quru qoşunlarının hərbi hissələri də iştirak edir
Region
17 Noyabr , 2015 14:06
​İran irimiqyaslı hərbi təlimlərə başlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ İran Silahlı Qüvvələri bu gün ölkənin şimal-şərqində "Məhəmməd Rəsulullah (s)- 3" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, ölkə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı briqada generalı Əhmədrza Purdastan jurnalistlərə açıqlamasında bildirib ki, təlimlərin ilk günü hava əməliyyatlarından sonra qurudan havaya, qurudan-quruya top atəşləri də açılacaq.

Məlumata görə, təlimlərdə artilleriya batareyaları, quru qoşunlarının hərbi hissələri də iştirak edir.

Qeyd edək ki, hərbi manevr keçirilən ərazi Türkmənistan və Əfqanıstan sərhədinə yaxındır.

Son xəbərlər

Orphus sistemi