İran hökuməti ölkədəki iğtişaşlara səbəb olduğuna görə ABŞ-dan 130 milyard dollar məbləğində kompensasiya almaq niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran
"ABŞ-a qarşı 360-dan çox iş açılıb və bunlar İran xalqına, ümumilikdə, 130 milyard ABŞ dolları məbləğində təzminat ödənilməsini nəzərdə tutur", - Ali Məhkəmə nümayəndəsi deyib.
Bununla yanaşı, o qeyd edib ki, hökumət bu məsələdə Xarici İşlər Nazirliyinin yardımına arxalanır.
Xatırladaq ki, noyabr ayında İranın bir sıra şəhərlərində hökumətin benzinin qiymətini qaldırması və ona kvotalar tətbiq etməsi qərarı ilə əlaqədar etiraz aksiyaları, o cümlədən silahlı qarşıdurmalar olub. Mitinqlər nəticəsində onlarla insan ölüb, qurbanların əksər hissəsi İran təhlükəsizlik qüvvələrinin nümayəndələri olub.