İran hərbi təlim keçirəcək

İran hərbi təlim keçirəcək İran İnqilab Keşikçiləri Qvardiyası yaxın günlərdə ölkənin qərbində hərbi təlimlər keçirəcək.
Region
13 İyun , 2020 14:11
İran hərbi təlim keçirəcək

İran İnqilab Keşikçiləri Qvardiyası yaxın günlərdə ölkənin qərbində hərbi təlimlər keçirəcək.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu qvardiyanın Şəhid Şehramfer qərargahının komandanı general Seyid Sadık Hüseyn bildirib.

“İnqilab Keşikçiləri Qvardiyası Kürdüstan əyalətində illik hərbi təlim keçirəcək”, - o vurğulayıb.

Generalın sözlərinə görə, təlimdə Şəhid Şehramfer qərargahının hərbçiləri ilə yanaşı, qvardiyanın quru qoşunları da iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi