İran BMT-ni ABŞ-ın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb

İran BMT-ni ABŞ-ın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb Bakı. 6 noyabr. REPORT.AZ/ İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrou qurumun baş katibi Antoniu Quterreşə ABŞ-ın Yaxın Şərq dövlətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıq vermək xahişi ilə müraciət edib.
Region
6 Noyabr , 2018 03:20
İran BMT-ni ABŞ-ın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrou qurumun baş katibi Antoniu Quterreşə ABŞ-ın Yaxın Şərq dövlətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıq vermək xahişi ilə müraciət edib.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, müraciət mətnində bildirilir ki, Birləşmiş Ştatların birtərəfli qaydada hərəkəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini, həmçinin BMT Nizamnaməsinin müddəalarını pozur.

"ABŞ-ın məsuliyyətsiz davranışı beynəlxalq birliyin kollektiv şəkildə reaksiyasına ehtiyac duyur", - deyə Xoşrou əlavə edib.

Bundan əvvəl ABŞ İran banklarına, gəmilərinə və təyyarələrinə sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi