İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək

İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək Bakı. 19 may. REPORT.AZ/ Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.
Region
103
19 May , 2018 17:24
İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək
0 : 00
0 : 00

Bakı. 19 may. REPORT.AZ/ Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.

“Report” “Timeturk”ə istinadən xəbər verir ki, bunu İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi ölkədə çıxan “Şərq” qəzetinə müsahibəsində bildirib.

İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirib ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə rəsmi Tehran Birləşmiş Ərəb Əmirlikərinin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozub.

İran Milli Neft Şirkəti ilə “Crescent Petroleum” arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə vermişdi. 

Son xəbərlər

Orphus sistemi