İran Azad Ticarət Zonaları Şurasının katibi: “Ermənistanla ticarət əlaqələri inkişaf etdiriləcək”

İran Azad Ticarət Zonaları Şurasının katibi: “Ermənistanla ticarət əlaqələri inkişaf etdiriləcək” Erməni nazir: “İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çox böyük əhəmiyyət veririk”
Region
17 Avqust , 2017 12:23
İran Azad Ticarət Zonaları Şurasının katibi: “Ermənistanla ticarət əlaqələri inkişaf etdiriləcək”

Bakı. 17 avqust. REPORT.AZ/ “İranla Ermənistan arasında ticarət əlaqələri inkişaf etdiriləcək”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu fikir İslam Respublikasının Azad Ticarət Zonaları Şurasının katibi Əkbər Torkanın başçılıq etdiyi nümayəndə heyətinin Yerevanda Ermənistan iqtisadi inkişaf və investisiya naziri Suren Karayanla görüşdə vurğulanıb.

Ə.Torkan görüşdə iki ölkənin azad ticarət zonalarında ticarət sahəsində qarşılıqlı əlaqəsinin inkişaf etdirilməsinin vacibliyini bildirib: “İranlı və erməni yüksək vəzifəli məsul şəxslər də iqtisadi əlaqələrin yüksəldilməsi üçün Ermənistanın Mehri və İranın Araz Azad Ticarət zonaları arasında ortaq işbirliyinin artırılması qənaətindədirlər”.

S.Karayan görüşdə bildirib ki, ölkəsinin İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çox böyük əhəmiyyət verdiyini açıqlayaraq, ticarət, iqtisadiyyat, turizm və mədəniyyət sahələrində ortaq işçi qrupların yaradılmasını müsbət qarşılayırlar. 

Son xəbərlər

Orphus sistemi