İran ABŞ-dan 80 ədəd "Boeing" təyyarəsini yarı qiymətə alacaq

İran ABŞ-dan 80 ədəd "Boeing" təyyarəsini yarı qiymətə alacaq Boeing: "IranAir"lə müqavilənin dəyəri 16,6 mlrd. dollar təşkil edir"
Region
26 Dekabr , 2016 01:23
İran ABŞ-dan 80 ədəd Boeing təyyarəsini yarı qiymətə alacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ İran iddia edir ki, "Boeing" şirkəti ilə 80 ədəd təyyarənin yarı qiymətə alınmasına dair razılıq əldə edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şirkətin özü isə 11 dekabrda imzalanan sövdələşmənin 16,6 milyard dollar dəyərində olduğunu bəyan edib.

"Boeing" "IranAir"lə müqavilənin dəyərinin 16,6 mlrd. dollar təşkil etdiyini bəyan edib. Lakin bizim sifarişin xarakteri və seçim imkanını nəzərə alsaq, 80 ədəd "Boeing" təyyarəsinin alınmasına dair müqavilə bu məbləğin yarısı edir", - deyə İranın nəqliyyat nazirinin müavini Əsgər Fəxriyə-Kaşan bildirib.

Son xəbərlər

Orphus sistemi