İrakli Kobaxidze: “Biz azərbaycanlıların qeyd etdikləri bayramlarda iştirak edir, onların sevincini bölüşürük"

İrakli Kobaxidze: “Biz azərbaycanlıların qeyd etdikləri bayramlarda iştirak edir, onların sevincini bölüşürük" "Arzu edirəm ki, Novruz bayramı xalqlarımıza sülh, əmin-amanlıq və firavanlıq gətirsin”
Region
22 Mart , 2017 19:28
İrakli Kobaxidze: “Biz azərbaycanlıların qeyd etdikləri bayramlarda iştirak edir, onların sevincini bölüşürük

Tbilisi. 22 mart. REPORT.AZ/ "Gürcüstan çoxmillətli və çox konfenssiyalı ölkədir. Biz bütün millətlərin, o cümlədən azərbaycanlıların qeyd etdikləri bayramlarda iştirak edir, onların sevincini bölüşürük”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Novruz bayramı ilə əlaqədar azərbaycanlıları təbrik edərkən söyləyib.

Parlamentin sədri deyib: “Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimizi, eləcə də bu sevinci bir-biri ilə bölüşən bütün insanları Novruz bayramı münasibətilə təbrik edirəm”.

Kobaxidze bildirib ki, Novruz bayramında min illərdir ki, gecə ilə gündüzün bərabərliyi qeyd olunur. Bu bayram əsrlər boyu Gürcüstanda qeyd olunub və bu ənənə yenə də davam edəcək. Novruz-yeniləşmə və yeni həyat deməkdir.

“Arzu edirəm ki, qeyd etdiyimiz Novruz bayramı xalqlarımıza sülh, əmin-amanlıq və firavanlıq gətirsin” – deyə, parlamentin sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi