İntihar xəbəri yayılan erməni əsgərin qohumu: “Bütün anaların ahı Serji tutacaq”

İntihar xəbəri yayılan erməni əsgərin qohumu: “Bütün anaların ahı Serji tutacaq” Şavarş Qalstyanın xalası: “Əsgərlərimizin 50 faizi özümüzkülər öldürürlər”
Region
27 Yanvar , 2017 20:35
İntihar xəbəri yayılan erməni əsgərin qohumu: “Bütün anaların ahı Serji tutacaq”

Bakı. 27 yanvar. REPORT.AZ/ "Əsgərlərimizin 50 faizini özümüzünkülər öldürür, sonra da deyirlər ki, türklərin (azərbnaycanlıların -“Report”) gülləsindən öldü”.

“Report” xəbər verir ki, bunu yanvarın 25-də intihar edərək öldüyü elan olunan əsgər Şavarş Qalstyanın xalası “armtimes”ə müsahibsində deyib.

O, telefonla müsahibəsində ölüm səbəbini açıqlamasa da, bunu “dolaşıq hadisə” adlandırıb.

Şavarş Qalstyanın xalası bildirib ki, bacısı oğlu intihar etməyib: “Görünür, onu əvvəlcə döyüb, işgəncə veriblər. Öldürdükdən sonra “intihar edib, özünü güllələyib”- deyə avtomatı əlinə veriblər”.

Qadın daha sonra deyib ki, Ş.Qalstyanı görməyə getmişdik: “Əsgərlərin xidmət etdiyi yer çox pisdir. Onun ayağında, çəkmə yox, cırıq-sökük bir ayaqqabı var idi. Ayaqlarını yara basmışdı. Paltarı tamam cırılmışdı. Belə əsgər saxlayarlar?! Bütün anaların ahı Serji (Ermənistanın prezidenti Serj Sarqsyanı nəzərdə tutur- “Report”) tutacaq. Uşaqlarımıza edilənlərə görə, o, cəzasını alacaq”.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi yanvarın 25-də Silahlı Qüvvələrini əsgəri Şavarş Qalstyanın intihar etdiyi haqqında məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi