İlin əvvəlindən Donbasda 68 dinc sakin ölüb

İlin əvvəlindən Donbasda 68 dinc sakin ölüb Onların yarıdan çoxu uşaqlardır
Region
16 Sentyabr , 2017 18:59
İlin əvvəlindən Donbasda 68 dinc sakin ölüb
Foto: RİA Novosti

Bakı. 16 sentyabr. REPORT.AZ/ İlin əvvəlindən Ukraynanın şərqində gedən münaqişə nəticəsində 68 dinc sakin ölüb, daha 315 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Xüsusi Monitorinq Missiyası (SMM) öz "Facebook" səhifəsində məlumat yerləşdirib.

Missiya rəhbəri Apakan Ertoğrul bildirib ki, 31 nəfər partlayıcı qurğular ilə düzgün rəftar etməmə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Ölənlərin yarıdan çoxu uşaqların payına düşür.

ATƏT-in əvvəlki məlumatlarına görə, ötən il münaqişə zonasında 88 dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi