Rusiyada iki qırıcı təyyarə toqquşub, pilotlar sağ tapılıb - YENİLƏNİB-2

Rusiyada iki qırıcı təyyarə toqquşub, pilotlar sağ tapılıb - YENİLƏNİB-2 Bakı. 18 yanvar. REPORT.AZ/ Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün katapult edən daha bir təyyarəçisi aşkar edilib.
Region
18 Yanvar , 2019 13:17
Rusiyada iki qırıcı təyyarə toqquşub, pilotlar sağ tapılıb - YENİLƏNİB-2

Bakı. 18 yanvar. REPORT.AZ/ Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün katapult edən daha bir təyyarəçisi aşkar edilib. 

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.


*** 13:01

Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün birinin katapult edən təyyarəçisi aşkar edilib. 

“Report” RİA "Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, həmin təyyarəçinin sağlıq durumu qənaətbəxşdir. 

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.


*** 11:04

Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən xəbər yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Rusiyanın Müdafiə Nazirliyi Uzaq Şərqdə iki “Su-34” qırıcısının qəzaya uğradığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi