İbrahim Kalın: "Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması xaos yaratmaq cəhdidir"

İbrahim Kalın: "Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması xaos yaratmaq cəhdidir" Bakı. 20 avqust. REPORT.AZ/ Rəsmi Ankara ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulmasını pisləyir.
Region
20 Avqust , 2018 15:21
İbrahim Kalın: Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması xaos yaratmaq cəhdidir
AP Photo / Burhan Ozbilici
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Rəsmi Ankara ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulmasını pisləyir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

"ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Bu, açıq-aydın xaos yaratmaq cəhdidir. Türkiyə etibarlı ölkədir və bütün xarici missiyalar qanunla qorunur. İnsident araşdırılır, yaxın zamanda hər şeyə aydınlıq gələcək", - İ.Kalın "Twitter"də yazıb.

Daha əvvəl Ankara meriyasının verdiyi məlumata görə, hadisə yerli vaxtla 05:30-da baş verib. Atatürk bulvarından keçən ağ rəngli avtomobildən səfirliyə 6 atəş açılıb. Güllələr metal qapıya və diplomatik missiyanın mühafizəsi üçün nəzərdə tutulan məkanın şüşəsinə dəyib, heç kim xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi