Husilər Qırmızı dənizdə Braziliyadan İrana qarğıdalı daşıyan Yunanıstanın “Star İris” gəmisinə hücum ediblər.
“Report” xəbər verir ki, bu barədə CNN ABŞ Mərkəzi Komandanlığı və Dövlət Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, İrana istiqamətində hərəkət edən gəmiyə onların ilk hücumudur: “Belə görünür ki, İranın sabitliyi pozan fəaliyyəti ölkə vətəndaşlarının qida təhlükəsizliyini təhlükə altında qoyub”.
ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, gəmiyə cüzi ziyan dəyib və ekipaj xəsarət almayıb.
“Kpler” analitik şirkəti “Star İris” gəmisinin İranın Fars körfəzindəki Bəndər-Xomeyni limanına doğru getdiyini bildirib: “İrana istiqamətlənən gəmi çox güman ki, “dost” saydıqları husilərin hücumundan çəkinmədən Qırmızı dənizdəki marşrutundan yayınmayıb”.