“İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində eyni vaxtda başlayan “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları çətin keçilən ərazilərə baxmayaraq, plana uyğun şəkildə uğurla davam edir”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“İndiyədək görülən tədbirlər nəticəsində 113 terrorçu zərərsizləşdirilib. Bununla birlikdə terrorçuların 107 sığınacaq yeri məhv edilib.
“Sərhəd namusdur” anlayışını əsas tutan sərhəddəki qartallarımız vəzifələrini qəhrəmanlıqla yerinə yetirirlər. Bu ilin yanvarından sərhədlərimizi qanunsuz keçmək istəyən 58 690 nəfər tutulub. 131 284 nəfərin sərhədimizi qanunsuz keçməsinin qarşısı alınıb. Bunlarla birlikdə 55 terrorçu PKK/YPG-PYD, 43 FETÖ üzvü olmaqla ümumilikdə 122 terrorçu tutulub”, o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb.