Hulusi Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanında olacaq”

Hulusi Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanında olacaq” Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib.
Region
722
5 Dekabr , 2021 22:50
Hulusi Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanında olacaq”

Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib.

“Report”un Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional və dünya sülhünə mühüm töhfələr verib.

Hulusi Akar qeyd edib ki, Türkiyə bundan sonra da dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.

Son xəbərlər

Orphus sistemi