Hulusi Akar: “Suriyanın şimalında keçirdiyimiz əməliyyatda sona yaxınlaşırıq”

Region
  • 03 noyabr, 2022
  • 07:51
Hulusi Akar: “Suriyanın şimalında keçirdiyimiz əməliyyatda sona yaxınlaşırıq”

“Pənçə-Kilit əməliyyatında sona yaxınlaşırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, indiyədək əməliyyat çərçivəsində 429 terrorçu məhv edilib: “Həmçinin 540-dan çox mağara, sığınacaq təmizlənib. 1808 mina zərərsizləşdirilib".

Qeyd eədk ki, “Pənçə-Kilit” Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyatdır.