Hulusi Akar Kabul hava limanı ilə bağlı açıqlama verib

Hulusi Akar Kabul hava limanı ilə bağlı açıqlama verib “Kabul Beynəlxalq Hava limanıın açıq olması, fəaliyyət göstərməsi lazımdır”.
Region
6 İyul , 2021 16:20
Hulusi Akar Kabul hava limanı ilə bağlı açıqlama verib
Hulusi Akar

“Kabul Beynəlxalq Hava limanının açıq olması, fəaliyyət göstərməsi lazımdır”.

“Report” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Hulusi Akar Əfqanıstanla bağlı açıqlamasında bildirib:

“Hava limanı işləmədiyi təqdirdə Əfqanıstanda səfirliklər bağlanacaq. Belə şəraitdə dövlət təcrid halına düşəcək. Beynəlxalq əlaqələr baxımından bu, çox ciddi çətinliklər yaradacaq. Bununla yanaşı, hava limanı rasional şəkildə işləməsə, təhsil, səhiyyə, ticarət üçün xaricə getməyə məcbur olanlar nə edəcəklər?”

"Məqsədimiz əfqanıstanlı qardaşlarımızın təhlükəsizliyi, əmin-amanlığı və rifahı üçün iştirakımızı davam etdirməkdir. Bununla bağlı iyulun 7-də ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Austinlə telefon danışığımız olacaq. ABŞ-la təmaslarımız davam edir. İndiyədək qəti bir qərarımız yoxdur” - Hulusi Akar bildirib.

Son xəbərlər

Orphus sistemi