Hulusi Akar Cozef Baydenə cavab verib: "Gərək ABŞ-dakı arxivlərə baxsın"
Region
- 27 aprel, 2023
- 12:44
“ABŞ Prezidenti Cozef Bayden və başqaları gərək ABŞ-ın milli arxivlərinə baxsınlar”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.
O söyləyib ki, həmin arxivlərdəki məruzələrdə hansısa soyqırımdan bəhs edilməyib: “Sadəcə qarşılıqlı gərginliklə bağlı açıq və konkret məlumatlar var. Kim “soyqırım” barədə danışmaq istəyirsə, əvvəlcə həmin sənədləri oxumalıdır. 1600 səhifəlik məruzələrdə nə qətliamdan, nə də soyqırımdan bəhs olunur. Həmin sənədlərdə əksini tapmayan hər şey subyektiv xarakter daşıyır”.
Nazir bildirib ki, təkcə C.Bayden yox, digərləri də həmin arxivlərlə tanış olmalıdır.
Qeyd edək ki, C.Bayden 1915-ci il 24 aprel hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.
Son xəbərlər
12:04
AFFA klub nümayəndələri ilə görüş keçirib
Komanda12:01
Jülyet Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması ilə bağlı bəyanatları inandırıcı görünmür
Media11:51
ABŞ-nin Suriyaya zərbələri nəticəsində azı beş İŞİD üzvü ölüb
Digər ölkələr11:46
Foto
Meyxanaçı Ağakərim dəfn edilib
Hadisə11:39
DYP həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib
Daxili siyasət11:39
Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 20 % artırıb
Biznes11:19
Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq
Futbol11:18
Rusiya Ukraynada 10 istiqamətdə aktiv döyüş əməliyyatlarını davam etdirir
Digər ölkələr11:13