Türkiyənin milli müdafiə naziri: “Haqq işində Azərbaycanın yanındayıq”

Türkiyənin milli müdafiə naziri: “Haqq işində Azərbaycanın yanındayıq” “Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) Ermənistana uzatdığı sülh əlinin birlikdə başa düşülməsidir. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Az
Region
8 Yanvar , 2022 18:38
Türkiyənin milli müdafiə naziri: “Haqq işində Azərbaycanın yanındayıq”
Hulusi Akar

“Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”.

“Report” xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.

"Azərbaycan bizim əziz qardaşımızdır. "İki dövlət, bir millət" mövqeyindən başlayaraq haqq işində Azərbaycanın yanındayıq", - nazir vurğulayıb.

Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi