Hindistan Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib

Hindistan Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib Ənənəvi olaraq Rusiyanın tərəfdaşı olan, bu ölkədən hərbi texnika idxalına bağlı olan Hindistan ilk dəfə Ukraynanın Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib.
Region
6 Aprel , 2022 14:42
Hindistan Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib

Rusiyanın ənənəvi tərəfdaşı və bu ölkədən hərbi texnika idxalına bağlı olan Hindistan ilk dəfə Ukraynanın Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib.

“Report” xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş dünənki iclasında Hindistanın BMT-də daimi nümayəndəsi T.S.Tirumurti kütləvi qırğını qınayaraq müstəqil təhqiqat aparılmasına çağırış edib.

“Ukraynadakı vəziyyət bu barədə son dəfə TŞ-da keçirilən müzakirədən bu yana yaxşılaşmayıb. Təhlükəsizlik və humanitar vəziyyət daha da ağırlaşıb. Buça şəhərində mülki əhalinin qətlə yetirilməsinə dair son xəbərlər böyük narahatlıq doğurur. Bu qırğınları qətiyyətlə pisləyərək müstəqil təhqiqat çağırışlarını dəstəkləyirik”, - o deyib.

Hindistanlı diplomat bununla belə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməyib.

T.S.Tirumurti Ukraynaya dava-dərman və digər humanitar yardımlar göndərdiklərini və bunu artırmağa hazır olduqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi