Hikmət Hacıyev: Azərbaycan Ermənistandan ərazi iddialarına aydınlıq gətirməsini gözləyir

Hikmət Hacıyev: Azərbaycan Ermənistandan ərazi iddialarına aydınlıq gətirməsini gözləyir Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir.
Region
1 Mart , 2024 13:30
Hikmət Hacıyev: Azərbaycan Ermənistandan ərazi iddialarına aydınlıq gətirməsini gözləyir
Hikmət Hacıyev

Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına aydınlıq gətirməsini gözləyir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlin görüşündən sonra həll edilməli olan açıq suallar hələ də qalır:

“Azərbaycanın gündəliyində Ermənistanla sülh sazişinin imzalanması istiqamətində irəliləyişə nail olmaq var”.

O əlavə edib ki, sülh müqaviləsi yalnız sülh müqaviləsi naminə bağlanmamalıdır:

“Buna məsuliyyətlə yanaşılmalı, sülhlə bağlı real və səmimi niyyətlər olmalıdır. Bu baxımdan Azərbaycan sülh müqaviləsinin ikitərəfli komponentinə də diqqət yetirir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, sülh nə Parisin, nə Brüsselin, nə də başqa yerin deyil, Bakı və İrəvanın əlindədir: “İki ölkə bir-biri ilə razılığa gəlməli və sülh gündəmini irəli sürməlidir”.

H.Hacıyev söyləyib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi həllini tapmalıdır:

“Ermənistanla Azərbaycan arasında sərhəd qarşıdurma xətti deyil, real sərhəd olmalıdır. Bu baxımdan bizim Aİ-nin Ermənistandakı missiyasına müəyyən suallarımız var. Bundan başqa, militarizasiya proqramları və silahlanma yarışları təşviq edilməməlidir”.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən 30 il ərzində Gürcüstanla çox səmərəli regional əməkdaşlıq modeli qurmaq mümkün olub və Ermənistan da bundan faydalana bilər.

Son xəbərlər

Orphus sistemi