Fatma Ceren Yazqan: "Heydər Əliyev Türkiyə üçün böyük şəxsiyyətlərdən biridir"

Fatma Ceren Yazqan: "Heydər Əliyev Türkiyə üçün böyük şəxsiyyətlərdən biridir" Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadzenin bölgə üçün yaratdıqları perspektivlər bu gün də davam edir.
Region
10 May , 2019 23:59
Fatma Ceren Yazqan: Heydər Əliyev Türkiyə üçün böyük şəxsiyyətlərdən biridir

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadzenin bölgə üçün yaratdıqları perspektivlər bu gün də davam edir".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Bakı-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələri məhz bu perspektivlərlə həyata keçirilib: “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və üç ölkə arasında iqtisadi əməkdaşlığa böyük önəm verir”.

Səfir qeyd edib ki, Heydər Əliyev Türkiyə üçün böyük şəxsiyyətlərdən biridir və Türkiyə xalqı onun xatirəsini hər zaman dərin ehtiramla anır.

Son xəbərlər

Orphus sistemi