Hərbi Administrasiya: "Zaporojye vilayətinə gecə ərzində 7 "S-300" raketi atılıb"

Hərbi Administrasiya: "Zaporojye vilayətinə gecə ərzində 7 "S-300" raketi atılıb" Rusiya Silahlı Qüvvələri bu gecə Zaporojye vilayətinə 7 ədəd S-300 raketi atıb.
Region
12 Oktyabr , 2022 10:20
Hərbi Administrasiya: Zaporojye vilayətinə gecə ərzində 7 S-300 raketi atılıb

Rusiya Silahlı Qüvvələri bu gecə Zaporojye vilayətinə 7 ədəd "S-300" raketi atıb.

"Report" xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux teleqramda yazıb.

Onun sözlərinə görə, rayon mərkəzinə iki raket, şəhərətrafı ərazilərə isə beş raket düşüb. Hərbi administrasiya rəhbəri hadisələr nəticəsində zərərçəkənlərin olmadığın bildirib.

Qeyd edək ki, Rusiya ordusu oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyevi və digər vilayətləri silsiləvi raket hücumlarına məruz qoyub. Ərazilərin raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb. Hücum nəticəsində 70-ə yaxın obyektə ziyan dəydiyi bildirilib. Hücum 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Son xəbərlər

Orphus sistemi