Dağıstanda 60-dan çox insan zəhərlənib

Dağıstanda 60-dan çox insan zəhərlənib Bakı. 10 yanvar. REPORT.AZ/ Dağıstanda 60-dan çox insan zəhərlənib.
Region
10 Yanvar , 2019 03:27
Dağıstanda 60-dan çox insan zəhərlənib

Bakı. 10 yanvar. REPORT.AZ/ Dağıstanda 60-dan çox insan zəhərlənib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kazbekovsk rayonunun Leninaul kəndində baş verib.

Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalina Murtuzaliyeva bildirib ki, yanvarın 2-dən 8-ə qədər onlarla insan zəhərlənmə əlamətləri ilə həkimlərə müraciət edib.

O, bildirib ki, həmin günlərdə zəhərlənmə əlaməti olanlardan 15-i xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında 11 uşaq da olub. Hazırda 10 zərərçəkənin müalicəsi davam etdirilir. Onlardan 7-i uşaqlardır. Digər şəxslər xəstəxanadan evə buraxılıb.

Hazırda kütləvi zəhərlənmənin səbəbi müəyyənləşdirilir. Murtuzaliyevanın sözlərinə görə, virus su vasitəsilə yayıla bilər.

Qeyd edək ki, daha əvvəl də Rusiyanın Buryatiya Respublikasında, paytaxt Ulan-Ude şəhərindəki kafedə 133 nəfər qidadan zəhərlənib. 

Son xəbərlər

Orphus sistemi