Hakim partiyanın rəsmisi: “Zaur Darğallı Marneulinin fəxr olunası rəhbəri olacaq”

Hakim partiyanın rəsmisi: “Zaur Darğallı Marneulinin fəxr olunası rəhbəri olacaq” “Gürcüstan müxtəlifliyi ilə tanınır və multietniklik ölkənin gücüdür”.
Region
13 Aprel , 2019 16:11
Hakim partiyanın rəsmisi: “Zaur Darğallı Marneulinin fəxr olunası rəhbəri olacaq”

“Gürcüstan müxtəlifliyi ilə tanınır və multietniklik ölkənin gücüdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili partiyanın Marneuli rayon rəhbərliyinə namizədi Zaur Darğallının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanda dövlətin gücləndirilməsi üçün çalışan hər bir kəs ölkə üçün olduqca dəyərlidir: “Hamıya məlumdur ki, Marneuli sakinləri çox zəhmətkeşdirlər. Gürcüstan hökuməti Marneuli və rayon əhalisinin daha da gücləndirilməsi üçün yeni proqramlar həyata keçirməyi planlaşdırır”.

İ.Qaribaşvili deyib ki, Z.Darğallı etnik azərbaycanlılardan olan gənclərin təhsil və iş fəaliyyətində necə böyük uğur əldə etməsinin yaxşı nümunəsidir: “Zaur Darğallı Marneulinin fəxr olunası icra başçısı olacaq. Zaurla, təxminən, 6 il öncə tanış olmuşam və həmin vaxtdan onun böyük uğurlar əldə etdiyini görmüşəm. O, Marneuli sakinlərinə xidmət edəcək və insanların rifahı naminə çalışacaq”.

Siyasi katib Z.Darğallıya seçkilərdə uğurlar arzu edib.

Qeyd edək ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi