Bakı. 10 yanvar. REPORT.AZ/ Ermənistan
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkillər qrupunun üzvü Aram Orbelian məhkəmə iclasından sonra jurnalistlərə bildirib.
“Hakim prokurorun vəsatəti ilə bağlı işdən çəkildiyini bildirib. Bunu ədalət mühakiməsindən qəsdən imtina kimi qəbul edirik”, - deyən vəkil R.Koçaryanla bağlı davanın qeyri-müəyyən vaxta təxirə salındığını da qeyd edib.
Xatırladaq ki, R.Koçaryana qarşı sözügedən ittiham Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən 2018-ci il iyulun 26-da irəli sürülmüşdü.
Qeyd edək ki, Robert Koçaryan hazırda həbsdədir.