Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsmayıl Haniyənin ölümündən sonra Xalid Məşəli HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs adlandırıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, - nazirliyin məlumatında bildirilib.
Qeyd olunub ki, görüşdə İ.Haniyənin iki oğlu da iştirak edib.
O da bildirilib ki, HƏMAS Haniyənin varisi ilə bağlı hələlik rəsmi bəyanat yaymayıb.
HƏMAS Siyasi bürosunun xaricdəki rəhbəri Məşəl hərəkatın qurucularından biri hesab olunur.
Xatırladaq ki, Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin Lusail şəhərində keçiriləcək.