Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan Kiyevdə səfərdədir

Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan Kiyevdə səfərdədir Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan hazırda Ukraynanın paytaxtı Kiyevdə səfərdədir
Region
16 Mart , 2022 15:34
Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan Kiyevdə səfərdədir

Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) Baş prokuroru Kərim Xan hazırda Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

“Report” xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski teleqram kanalında yaydığı növbəti videomüraciətində açıqlayıb.

Dövlət başçısı Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Rusiya qoşunlarının hərbi cinayətləri ilə bağlı bütün sübut və faktları toplayan Beynəlxalq Cinayət Məhkəməsinin istintaq qrupunun Ukraynada fəaliyyətə başladığını bildirib:

“Rusiya işğalçıları ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə cavab verəcəklər. Onların ədalət qarşısında cavab verməsi üçün fəaliyyətimizi gücləndirəcəyik. Beynəlxalq tribunal olmalıdır və olacaq. Onlar məhkəmə qarşısında Ukraynada törətdikləri hər şeyə görə, insanlarımıza qarşı, dövlətimizin ərazisində Rusiya qüvvələrinin törətdiyi hər terror aktına görə cavab verəcəklər”.

Onun sözlərinə görə, Ukrayna prokurorluğu artıq müvafiq işə başlayıb.

Son xəbərlər

Orphus sistemi