Gürcüstanda Britaniya ştammına 30-dan çox yoluxma qeydə alınıb

Gürcüstanda Britaniya ştammına 30-dan çox yoluxma qeydə alınıb İnfeksionist Gürcüstanda Cənubi Afrika və Braziliya ştammına yoluxma halının qeydə alınmadığını deyib
Region
5 Mart , 2021 17:56
Gürcüstanda Britaniya ştammına 30-dan çox yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növünə yoluxanların hamısı xəstəliyi yüngül formada keçirib: "Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb".

İnfeksionist Gürcüstanda Cənubi Afrika və Braziliya ştammına yoluxma halının qeydə alınmadığını deyib.

Son xəbərlər

Orphus sistemi