Gürcüstanın yeni iqtisadiyyat naziri əsas prioritetlərini açıqlayıb

Gürcüstanın yeni iqtisadiyyat naziri əsas prioritetlərini açıqlayıb “Mənim əsas prioritetlərim bütün Gürcüstanı həyati əhəmiyyətli infrastrukturla təmin etmək və yerli istehsal və biznesi dəstəkləməkdən ibarətdir”.
Region
6 May , 2019 13:47
Gürcüstanın yeni iqtisadiyyat naziri əsas prioritetlərini açıqlayıb

“Mənim əsas prioritetlərim bütün Gürcüstanı həyati əhəmiyyətli infrastrukturla təmin etmək və yerli istehsal və biznesi dəstəkləməkdən ibarətdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, son beş ildə ölkədə yeni yolların tikintisi və bərpası, elektrik xəttlərinin çəkilməsi və qazlaşdırma ilə bağlı bir sıra işlər həyata keçirilib: “Gürcüstanın 80 faizi qazlaşdırılıb və bu, ölkənin landşaftını nəzərə alsaq böyük göstəricidir. Bundan başqa ölkənin 88 faizi internet şəbəkəsiilə təmin olunub. Gürcüstanda baza infrastrukturu yaxşı təmin olunduğundan ölkə artıq regional logistik və iqtisadi mərkəzə çevrilib. Lakin buna baxmyaraq bizim bu sahədə daha iddialı planlarımız var”.

N.Turnava qeyd edib ki, yerli biznesin müdafiəsi və dəstəklənməsi istiqamətində müəyyən dəyişikliklər həyata keçiriləcək.

Qeyd edək ki, N.Turnava bu ilin aprelin 18-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə təyin olunub. 

Son xəbərlər

Orphus sistemi