Gürcüstanın yeni azərbaycanlı müftisi seçilib

Gürcüstanın yeni azərbaycanlı müftisi seçilib Etibar Eminov Gürcüstanın yeni müftisi seçilib.
Region
21 Dekabr , 2020 17:25
Gürcüstanın yeni azərbaycanlı müftisi seçilib
Etibar Eminov

Etibar Eminov Gürcüstanın yeni müftisi seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsindən bildirilib.

Ölkənin şərqini təmsil edəcək müfti vəzifəsini növbəti 5 il müddətində yerinə yetirəcək. E.Eminov bundan öncə müftinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi olub.

Qeyd edək ki, keçmiş müfti Yasin Əliyev bu ilin sentyabrında səhhəti ilə bağlı vəzifəsini tərk edib.

Xatırladaq ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsini təmsil edir.

Son xəbərlər

Orphus sistemi