Gürcüstanın XİN başçısı: “Bölgədə sülhə alternativ yoxdur”

Gürcüstanın XİN başçısı: “Bölgədə sülhə alternativ yoxdur” “Gürcüstan regionda sülh və dialoqun qurulmasına sadiqdir. Belə ki, bölgədə sülhə alternativ yoxdur”.
Region
28 İyul , 2022 15:23
Gürcüstanın XİN başçısı: “Bölgədə sülhə alternativ yoxdur”

“Gürcüstan regionda sülh və dialoqun qurulmasına sadiqdir. Belə ki, bölgədə sülhə alternativ yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib.

O, Türkiyənin XİN başçısı ilə görüşdə regionda təhlükəsizlik məsələləri, həmçinin Cənubi Qafqazda baş verən proseslərin müzakirəsini apardığını bildirib: “Əminəm ki, birgə səylərlə biz mövcud çağırışların öhdəsindən gələ bilərik. Əməkdaşlığın daha da dərinləşdirilməsi regionda sabitlik və inkişaf üçün zəmin yarada bilər”.

Son xəbərlər

Orphus sistemi