Gürcüstanın xarici ticarət dövriyyəsi 17%-dən çox azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 17%-dən çox azalıb Bu ilin ilk yeddi ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 6 milyard 030,6 milyon ABŞ dollarına bərabər olub.
Region
13 Avqust , 2020 11:06
Gürcüstanın xarici ticarət dövriyyəsi 17%-dən çox azalıb

Bu ilin ilk yeddi ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 6 milyard 030,6 milyon ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 17,6% azalıb.

Yanvar-iyulda qonşu ölkənin ixrac həcmi illik müqayisədə 16,8% azalaraq 1 milyard 758,5 milyon dollar, idxal həcmi isə 17,9% azalaraq 4 milyard 272,1 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın ticarət kəsiri 2 milyard 513,6 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,7%-dir.

Son xəbərlər

Orphus sistemi