Gürcüstanın xarici siyasəti üzrə qətnamə qəbul edilib

Gürcüstanın xarici siyasəti üzrə qətnamə qəbul edilib Gürcüstan parlamentinin plenar iclasında ölkənin xarici siyasəti üzrə qətnamə qəbul olunub.
Region
25 Dekabr , 2020 18:18
Gürcüstanın xarici siyasəti üzrə qətnamə qəbul edilib

Gürcüstan parlamentinin plenar iclasında ölkənin xarici siyasəti üzrə qətnamə qəbul olunub.

“Report”un yerli bürosu xəbər verir ki, növbəti dörd ildə Gürcüstanın xarici siyasətinin əsas prioritetlərinin yer aldığı 14 bənddən ibarət sənədi 81 deputat dəstəkləyib.

Hakim Gürcü Arzusu Partiyasından olan deputatların təmsil olunduğu parlament çoxluğunun təşəbbüsü ilə hazırlanan qətnamədə bildirilib ki, Gürcüstan üçün Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir.

Qonşu ölkə həmçinin işğal altındakı ərazilərin azad olunması və məsələnin sülh yolu ilə həlli, NATO-ya inteqrasiyaya strateji hazırlığın təmin olunması, 2024-cü ildə Avropa Birliyinə üzvlük üçün müraciət etməyi və ABŞ-la münasibətlərin dərinləşdirilməsini qarşısına əsas məqsədlər kimi qoyub.

Son xəbərlər

Orphus sistemi