Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücum edilib

Region
  • 01 iyun, 2024
  • 05:27
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının ofisinə hücum edilib

Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Yayılan bəyanatda qeyd edilib ki, hücumda 100-ə yaxın adam iştirak edib:
“Hücum yarım saatdan çox davam edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb".

"Bu, Gürcüstanın maraqlarını qoruduğuna və gürcü xalqının yanında olduğuna görə “Vahid Milli Hərəkat”a hakimiyyətin cavabıdır", - deyə bəyanatda bildirilib.

44 filmi