Gürcüstanın üç müxalif deputatının mandatı ləğv olunur

Gürcüstanın üç müxalif deputatının mandatı ləğv olunur Gürcüstan parlamentinin üç müxalif deputatı – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatları vaxtından əvvəl dayandırıla bilər.
Region
7 Fevral , 2022 17:58
Gürcüstanın üç müxalif deputatının mandatı ləğv olunur

Gürcüstan parlamentinin üç müxalif deputatı – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatları vaxtından əvvəl dayandırıla bilər.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər üzrə Komitəsi məsələ ilə bağlı müsbət rəy verib.

Komitənin qərarı gələn həftə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq və səsverməyə qoyulacaq.

Əgər parlament üç müxalif deputatın səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edərsə, qanunverici orqanda deputatların sayı 150-dən 145-dək azalacaq. Belə ki, E.Xoştariya, Ş.Natelaşvili və B.Caparidze partiya siyahılarını ləğv ediblər.

Qeyd edək ki, E.Xoştariya və Ş.Natelaşvili mandatlarından parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə məhrum olunurlar. B.Caparidze ilə bağlı səbəb isə məhkəmə qərarı ilə əlaqəlidir. Belə ki, o, TBC Bankın digər təsisçisi Mamuka Xazaradze ilə birgə dələduzluq faktı üzrə təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi