Gürcüstanın turizmdən gəliri azalıb

Gürcüstanın turizmdən gəliri azalıb Ötən ay Gürcüstan turizmdən 318,6 mln. dollar gəlir əldə edib.
Region
24 Oktyabr , 2019 16:18
Gürcüstanın turizmdən gəliri azalıb

Ötən ay Gürcüstan turizmdən 318,6 mln. dollar gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə Milli Bankının analitik hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu dövlətin turizmdən gəlirində 94,2 mln. dollar və ya 22,8% azalma qeydə alınıb. İllik müqayisədə isə gəlir 4,9% azalıb.

Bu ilin yanvar-sentyabr aylarında isə Gürcüstanın turizmdən gəliri 2 582,8 mln. dollara bərabər olub. Gəlirin ən böyük hissəsi 412,8 mln. dollar olmaqla avqust, ən az hissəsi isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Son xəbərlər

Orphus sistemi