Gürcüstanın təhsil müəssisələrində tətilin müddəti uzadıla bilər

Gürcüstanın təhsil müəssisələrində tətilin müddəti uzadıla bilər Gürcüstanda koronavirusla bağlı təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddətinin uzadılacağı istisna edilmir.
Region
10 Mart , 2020 12:43
Gürcüstanın təhsil müəssisələrində tətilin müddəti uzadıla bilər
google.az

Gürcüstanda koronavirusla bağlı təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddətinin uzadılacağı istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, məsələ ölkədəki koronavirusla bağlı epidemioloji vəziyyətə uyğun olaraq nizamlanacaq.

Mərkəz rəhbəri qeyd edib ki, tətilin müddətinin artırılması haqqında qərarı bu həftə ərzində Dövlət Qurumlararası Koordinasiya Şurası qəbul edəcək.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər 15 şəxsdə koronavirus təsdiqlənib. Karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi