Gürcüstanın Səhiyyə Nazirliyinin kompüter sisteminə kiberhücum olub

Gürcüstanın Səhiyyə Nazirliyinin kompüter sisteminə kiberhücum olub Gürcüstanın Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin komptüer sisteminə kiberhücum həyata keçirilib.
Region
437
3 Sentyabr , 2020 15:11
Gürcüstanın Səhiyyə Nazirliyinin kompüter sisteminə kiberhücum olub

Gürcüstanın Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin komptüer sisteminə kiberhücum həyata keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, sentyabrın 1-də nazirliyin mərkəzi idarəsi və tabeliyində olan qurumların sisteminə qanunsuz müdaxilə olub, nəticədə tibbi məlumatlar və Luqar laboratoriyasının məlumat bazasındakı pandemiyanın idarə olunması üzrə informasiyalar emal və istifadə edilib.   

Kiberhücumun xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən həyata keçirildiyi müəyyən edilib.

Əldə olunan məlumatların bir hissəsinin xarici saytlardan birinə yükləndiyi və kütləvi istifadə üçün açıq olduğu bildirilib. Məlumatların ictimaiyyətdə şübhə və qorxu yaratmaq məqsədilə saxtalaşdırıldığı qeyd edilib.

Faktla bağlı istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi