“Gürcüstan əhalisini evdə qalmağa çağırıram”.
“Report”un yerli bürosu xəbər verir ki, bu müraciətlə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze çıxış edib.
Nazirin sözlərinə görə, hökumət ölkə ərazisində məhdudiyyətlər tətbiq etmək niyyətində deyil: “Əhalini evdən çıxmamağa və bir-birinin qayğısına qalmağa çağırıram ki, heç bir məhdudiyyət tətbiq olunmasın”.
E.Tikaradze bir daha hamını tibbi maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.
Qeyd edək ki, son 2 gün ərzində Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb.