Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında seçki islahatları ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“Report”un yerli bürosu xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib, 3 nəfər isə əleyhinə səs verib.
Müxalif “Vahid Milli Hərəkat Partiyası - Güc birlikdədir” və “Lelo” fraksiyaları islahatları dəstəkləməyib.
Seçki Məcəlləsinə edilən əsas düzəlişlərə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil olunacaq, səsvermədə elektron texnologiyalar tətbiq ediləcək, təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq.