Gürcüstanın sabiq dövlət başçısının kürəkəni saxlanıldı

Gürcüstanın sabiq dövlət başçısının kürəkəni saxlanıldı Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri saxlanılıb.
Region
19 İyul , 2020 21:38
Gürcüstanın sabiq dövlət başçısının kürəkəni saxlanıldı

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, zorakılıq və odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılmasında ititham olunur.

M.Qoqoçurinin saxlanılması Ozurgetidə yerləşən mehmanxalardan birində baş vermiş insidentlə əlaqələndirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən faktı təsdiqləsələr də, hadisə barədə ətraflı məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi