Gürcüstanın sabiq prezidentinin kürəkəni 4 il müddətinə həbs olunub

Gürcüstanın sabiq prezidentinin kürəkəni 4 il müddətinə həbs olunub Bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib
Region
17 Aprel , 2021 11:02
Gürcüstanın sabiq prezidentinin kürəkəni 4 il müddətinə həbs olunub
Giorgi Marqvelaşvili

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

M.Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılması, polis əməkdaşlarına müqavimətin göstərilməsi, külli miqdarda qadağan edilmiş narkotik vasitələrin saxlanılmasında ittiham olunurdu.

Qeyd edək ki, sabiq dövlət başçısının yaxın qohumu ötən ilin iyulunda Ozurgeti şəhərində mehmanxanalardan birində baş vermiş insidentlə bağlı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi