Gürcüstanın sabiq nazir müavininə Mixeil Saakaşviliyə görə cinayət işi açılıb

Gürcüstanın sabiq nazir müavininə Mixeil Saakaşviliyə görə cinayət işi açılıb Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze barədə cinayət işi açılıb.
Region
10 Dekabr , 2021 11:20
Gürcüstanın sabiq nazir müavininə Mixeil Saakaşviliyə görə cinayət işi açılıb

Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze barədə cinayət işi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

G.Lortkipanidze eks-prezident Mixeil Saakaşvilinin Gürcüstan sərhədini qeyri-qanuni keçməsinə kömək göstərdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, M.Saakaşvili bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər yaxalanıb.

Son xəbərlər

Orphus sistemi