Gürcüstanın sabiq müdafiə nazirinə 5 il həbs cəzası verildi

Gürcüstanın sabiq müdafiə nazirinə 5 il həbs cəzası verildi Gürcüstanın sabiq müdafiə naziri, müxalif “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvili 5 il müddətinə azadlıqdan məhrum olunub.
Region
13 Aprel , 2020 13:01
Gürcüstanın sabiq müdafiə nazirinə 5 il həbs cəzası verildi

Gürcüstanın sabiq müdafiə naziri, müxalif “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvili 5 il müddətinə azadlıqdan məhrum olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, sabiq nazir ötən ilin iyununda həbs olunub. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi