Gürcüstanın sabiq baş naziri siyasətə qayıdıb

Gürcüstanın sabiq baş naziri siyasətə qayıdıb Tbilisi. 5 mart. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb.
Region
5 Mart , 2019 12:31
Gürcüstanın sabiq baş naziri siyasətə qayıdıb
İrakli Qaribaşvili

Tbilisi. 5 mart. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hakim partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasından sonra məlum olub.

O, partiyanın siyasi katibi vəzifəsinə təyin olunub. 

Bu gün hakim Gürcü Arzusu Partiyasının siyasi şurasının iclası keçirilib. Partiya sədri Bidzina İvanişvilinin sədrlik etdiyi toplantıda sabiq baş nazir İ.Qaribaşvili də iştirak edib.

Gürcüstanın müxalifət liderləri hesab edirlər ki, İ.Qaribaşvilinin Gürcü Arzusu Partiyasına gətirilməsi hakim partiyada dərin siyasi böhranın olduğunu sübut edəcək.

Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub. O, vəzifəsindən öz istəyi ilə istefa verib. 

Son xəbərlər

Orphus sistemi