Gürcüstanın müxalifət liderinin məhkəməsi təxirə salındı - YENİLƏNİB

Gürcüstanın müxalifət liderinin məhkəməsi təxirə salındı - YENİLƏNİB Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın işi üzrə növbəti məhkəmə iclası keçirilir
Region
29 Aprel , 2021 11:52
Gürcüstanın müxalifət liderinin məhkəməsi təxirə salındı - YENİLƏNİB
Nika Meliya

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın işi üzrə məhkəmə təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Müdafiə tərəfinin vəsatəti əsasında verilən qərarla növbəti məhkəmə prosesi mayın 13-nə təyin olunub.

11:12

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın işi üzrə növbəti məhkəmə iclası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, ötən prosesdə hakim müxalifətçini məhkəmə zalından çıxardığı üçün o, prosesdə iştirak etmir.

Müdafiə tərəfi N.Meliyanın Avropa Parlamentinin üzvlərinin zaminliyi əsasında azadlığa buraxılması məsələsini qaldıra bilər. VMHP sədri bu yaxınlarda buna razılıq verməsi üçün hakim Gürcü Arzusu Partiyasından “Amnistiya haqqında” qanunun parlamentdən birdəfəlik geri çağırılmasını tələb edib. Hakim partiyadan isə bu şərtin yerinə yetirilməsinin mümkün olmadığı bildirilib. Buna görə də müxalifət liderinin yenidən həbsdə saxlanılacağı gözlənilir.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyun hadisələrində Tbilisidə qrup halında zorakılıqda iştirakda ittiham olunur. O, bu ilin fevralın 23-də həbs olunub. Aprelin 13-də məhkəmə N.Meliyanın həbsdə saxlanılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi