Gürcüstanın müxalifət lideri avroparlamentarilərin zaminliyi əsasında həbsdən buraxıla bilər

Gürcüstanın müxalifət lideri avroparlamentarilərin zaminliyi əsasında həbsdən buraxıla bilər Gürcüstanın müxalifət Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın işi üzrə növbəti məhkəmə iclası aprelin 29-da keçiriləcək
Region
26 Aprel , 2021 13:17
Gürcüstanın müxalifət lideri avroparlamentarilərin zaminliyi əsasında həbsdən buraxıla bilər
Nika Meliya

Gürcüstanın müxalifət Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın işi üzrə növbəti məhkəmə iclası aprelin 29-da keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə müxalifətçinin vəkili Giorgi Kondaxaişvili məlumat verib.

Onun sözlərinə görə, proses zamanı VMHP sədrinin Avropa Parlamentinin üzvlərinin zaminliyi əsasında azadlığa buraxılması məsələsi qaldırıla bilər və N.Meliya buna razılığını verib.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs olunub. Tbilisi Şəhər Məhkəməsi aprelin 13-də onun həbsdə saxlanılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi