Gürcüstanın milli azlıqları ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləyir

Gürcüstanın milli azlıqları ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləyir Gürcüstanda rəyi soruşulanların 78%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir.
Region
17 Sentyabr , 2019 11:32
Gürcüstanın milli azlıqları ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləyir

Gürcüstanda rəyi soruşulanların 78%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Respondentlərin 14%-i ölkənin Aİ-yə qoşulmasını qəbuledilməz hesab edib, 8%-i isə müvafiq suala cavabı bilməyib.

Milli azlıqlardan olan respondentlərin 57%-i Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14%-i əleyhinə olduğunu, 26%-i isə “bilmirəm” deyə cavab verib.

Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlər isə 71%, dəstəkləməyənlər 17%, müvafiq sualın cavabını bilməyənlər isə 7% təşkil edib.

Milli azlıqları təmsil edən respondentlər arasında ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlər 36% təşkil edib. Onların 15%-i üzvlüyün əleyhinə olduğunu söyləyib, 46%-i isə sualı cavablandırmayıb.

Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

Son xəbərlər

Orphus sistemi