Gürcüstanın keçmiş ədliyyə nazirinin mədəniyyət naziri təyin olunacağı gözlənilir

Gürcüstanın keçmiş ədliyyə nazirinin mədəniyyət naziri təyin olunacağı gözlənilir Gürcüstanın keçmiş ədliyyə naziri Tea Tsulukianinin mədəniyyət naziri vəzifəsinə təyin olunacağı gözlənilir
Region
8 Fevral , 2021 11:22
Gürcüstanın keçmiş ədliyyə nazirinin mədəniyyət naziri təyin olunacağı gözlənilir
Tea Tsulukiani

Gürcüstanın keçmiş ədliyyə naziri Tea Tsulukianinin mədəniyyət naziri vəzifəsinə təyin olunacağı gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu yerli mətbuat yazıb.

Parlament çoxluğunun üzvü Maya Menağarişvili jurnalistlərə açıqlamasında T.Tsulukianinin mədəniyyət naziri postuna təyinatının planlaşdırıldığını bildirib.

Bu gün Gürcüstan parlamentinin büro iclasında Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bölünməsi və iki qurumun – Təhsil və Elm və Mədəniyyət, İdman və Gənclər nazirliklərinin formalaşdırılması ilə bağlı qanun layihəsi təqdim olunacaq.

Qeyd edək ki, T.Tsulukiani ədliyyə naziri vəzifəsini 2012-ci ildən 2020-ci ilədək tutub. O, ötən ilin oktyabrında deputat seçilib. Sabiq nazir hazırda qanunverici orqanın Təhsil, elm və mədəniyyət komitəsinin sədridir. Onun mədəniyyət naziri olacağı barədə yayılan məlumatlar ölkə ictimaiyyətində narazılıq yaradıb. Mümkün təyinatla bağlı qərarın ləğvi tələbi ilə petisiya üçün imzatoplama kampaniyası aparılır.

Son xəbərlər

Orphus sistemi